Nikelin 1 tonu ilk dəfə olaraq 100 min dolları keçdi

   Nikelin 1 tonu ilk dəfə olaraq    100 min dolları    keçdi
  08 Mart 2022    Oxunub:1314
Rusiya-Ukrayna müharibəsi başlayandan dünya iqtisadiyyatı və sənayesində bir sıra gözlənilməz proseslər gedir.

Rusiya valyutası dəyər itirdiyi halda neft və bəzi digər təbii sərvətlərin qiymətində artım müşahidə olunur. AzVision.az xəbər verir ki, "Bloomberg" bu gün nikelin qiymətinin ilk dəfə olaraq bir ton üçün 100 min dolları keçdiyini yazıb.
Qeyd edək ki, dünyanın ən böyük nikel, eləcə də palladium istehsalçısı Rusiyada yerləşən "Norilsk Nikel" MMC şirkəti sayılır. Analitiklərin fikrincə Rusiya "Norilsk Nikel" vasitəsilə dünya nikel tədarükünün təxminən 20% -ni və palladiumun 40% -ni təmin edir. Belə bir nikel təchizatçısının bazardan getməsi isə Avropa paslanmayan polad istehsalçıları üçün problemlər yarada bilər. Eləcə də palladium təchizatında fasilələr də Avropa və Amerika avtomobil sənayesi üçün ciddi problemlər yarada bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nikel  





Xəbər lenti