Sabahın havası: Çiskin olacaq

      Sabahın havası:   Çiskin olacaq
  06 Mart 2022    Oxunub:1407
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az - a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti,Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

AzVision.az


Teqlər: Hava  



Xəbər lenti