Yoluxanların sayı açıqlandı

 Yoluxanların sayı açıqlandı
  05 Mart 2022    Oxunub:1978
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1 531 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9 500 nəfər vəfat edib. 5 212 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 530, bu günə qədər isə ümumilikdə 6 593 522 test icra olunub.

AzVision.az



Teqlər: Lorona   Ölüm  



Xəbər lenti