Yevlaxda itkin düşən bacı-qardaş axtarılır

Yevlaxda itkin düşən bacı-qardaş axtarılır
  05 Mart 2022    Oxunub:1189
Martın 3-də itkin düşən Yevlax rayon sakinləri axtarılır.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Yevlax rayon sakinləri 2003-cü il təvəllüdlü Ayşə Abdullayeva və qardaşı 2011-ci il təvəllüdlü Elmanın itkin düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az



Teqlər: Yevlax   DİN  





Xəbər lenti