1 yaşlı "Bakıvaxtı.az"

1 yaşlı "Bakıvaxtı.az"
  05 Mart 2022    Oxunub:1106
Bu gün Bakıvaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür.
Qısa müddətdə media məkanında özünəməxsus yer tutmağı bacaran Bakıvaxtı.az oxucuları ölkədə baş verən mühüm iqtisadiyyat, siyasət və digər sahələri əhatə edən hadisələr barədə məlumatlandırır.

Portalın əməkdaşları 1 il ərzində gündəlik xəbərlərlə yanaşı, bir sıra maraqlı layihələr də həyata keçiriblər. Bakıvaxtı.az-ın əsas hədəfləri Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərməkdir.

Qeyd edək ki, xəbər portalı 2 dəfə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb.


Həmkarlarımızı təbrik edir, 1 yaşın 10 yaşa və daha çox yubileylərə çatmasını arzulayırıq!

AzVision.az



Teqlər:



Xəbər lenti