Bakıda qumarxana işlədən türkiyəlilər tutuldu - FOTOLAR

Bakıda qumarxana işlədən türkiyəlilər tutuldu - FOTOLAR
  11 Aprel 2014    Oxunub:1702
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, “Çalı Quşu” kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib. Məlum olub ki, Türkiyə Respublikasının vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib. Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar.

Əməliyyatçılar ərazidəki “Parpali” kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar. Araşdırmalrla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı,Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər.



Faktlarla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq araşdırmaları davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti