YAP-çılar veteranlarla görüşüb

YAP-çılar veteranlarla görüşüb
  11 Aprel 2014    Oxunub:1072
Bu gün YAP Gəncə şəhər Təşkilatı Qərargahında veteranlarla gənclərin görüşü keçirilib.
Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, AMEA – nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov, ağsaqqallar və gənclər iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev şəhərimizin tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, onların dəyərli tövsiyələrinin gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AMEA-nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, Veteranlar Şurasının sədri Yusif Məmmədov belə görüşlərin, tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər və davamlı olmasını arzu ediblər.

Çıxış edən veteranlar - Məmmədəli Balayev, Əli Quliyev, Kərim Həsənov, Adil Ramazanov, Yunis Nurməmmədov və başqaları öz xatirələrini danışıblar, gənclərə dəyərli tövsiyələr veriblər.

YAP Gəncə şəhər Təşkilatının qocaman üzvlərindən olan Veteranlar Şurasının üzvü Sabir Əsgər oğlu Rüstəmovun anadan olmasının 80 illik yubileyinin qeyd olunması tədbirin maraqlı məqamlarından olub.




Teqlər:





Xəbər lenti