İti asaraq öldürən 86 yaşlı kişi saxlanılıb

İti asaraq öldürən 86 yaşlı kişi saxlanılıb
  04 Mart 2022    Oxunub:1378
Xaçmazda iti asaraq öldürən 86 yaşlı kişi saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri sosial şəbəkələrdə yayılıb:

"Hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini, 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb".

AzVision.az


Teqlər: İt  





Xəbər lenti