Araz “Qarabağ”la oyuna çıxacaqmı?

Araz “Qarabağ”la oyuna çıxacaqmı?
  03 Aprel 2013    Oxunub:1863
“Araz Abdullayevin cinayət işi davam edir”
AzVision.az-a açıqlamasında bu sözləri “Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Onun sözlərinə görə, Araz Abdullayevin oyuna çıxıb-çıxmamağı ilə bağlı nəsə demək tezdir. “Bu barədə nəsə demək tezdir. Çünki, bununla bağlı heç bir qərar yoxdur”-deyə, G.Abbaszadə əlavə edib.

Qeyd edək ki, bu gün “Neftçi" klubunun prezidenti Sadıq Sadıqov “Qarabağ”la oyunda Araz Abdullayevin meydana çıxacağının mümkün olduğunu deyib.

Xatırladaq ki, “Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Klubun prezidenti Sadıq Sadıqov Abdullayevə zamin durub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti