“İçərişəhər” Qoruğunun yeni rəhbəri kimdir? - DOSYE

   “İçərişəhər” Qoruğunun yeni rəhbəri kimdir? -    DOSYE
  03 Mart 2022    Oxunub:3988
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə Milli Məclisin deputatı Şahin Kamil oğlu Seyidzadə təyin edilib.
AzVision.az “İçərişəhər” Qoruğunun yeni rəhbərinin dosyesini təqdim edir:

Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini başa vurub. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini oxuyub.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment" ixtisası üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsi alıb.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi" üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və rus dillərində sərbəst danışa bilir.

O Milli Məclisin VI çağırış üzvü, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Sosial layihələr" müsabiqəsinin (2019-cu ildən), Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəridir. (2015-ci ildən)

Ailəlidir, iki övladı var.

AzVision.az



Teqlər:



Xəbər lenti