ASCO-nun kapitanı vəfat edib

ASCO-nun kapitanı vəfat edib
  03 Mart 2022    Oxunub:1325
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Bunkerovşik 7” gəmisinin kapitanı Niyazi Qasımov vəfat edib.
Bu barədə AzVision.az -a ASCO-dan məlumat verilib. N.Qasımov 1960-cı ildə Ağdamda anadan olub, Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü ixtisası üzrə təhsil alıb.

O, 1983-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros kimi əmək fəaliyyətinə başlayıb, daha sonra ayrı-ayrı gəmilərdə müxtəlif vəzifələrdə çalışıb, qısa müddətdə öz bilik və bacarığı sayəsində kapitan vəzifəsinə yüksəlib.

Allah rəhmət eləsin!

AzVision.az



Teqlər: ASCO   Kapitan  





Xəbər lenti