Polşa Rusiyadan kömür idxalını dayandırmağa hazırdır

   Polşa Rusiyadan kömür idxalını dayandırmağa hazırdır
  02 Mart 2022    Oxunub:1487
Polşa Avstraliyadan ölkəyə kömür verməyi xahiş edibi, çünki rəsmi Varşava Rusiyadan gələn kömürdən ən qısa zamanda imtina etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə birgə keçirdiyi brifinqdə deyib.

“Mən bir daha Avropa Komissiyasına müraciət edirəm ki, Rusiya kömürünün idxalına dair embarqo qərarı verssə, Polşa Rusiya kömürünün idxalını dərhal dayandıracaq. Bu gün mən Avstraliyanın baş naziri ilə oradan Polşaya kömür daşınması ilə bağlı məsələni danışdım”- deyə, o vurğulayıb.

Polşa Rusiya kömürünə embarqo tətbiq etmək üçün Avropa Komissiyasından icazə gözləyir:
“Biz bunu (Rusiya Federasiyasından gələn kömürdən imtina etməyə) hər an, istənilən gün etməyə hazırıq. Bizə Avropa Komissiyasından yalnız bir şey lazımdır. Mənə bir söz lazımdır ki, Polşa cəzalandırılmayacaq, çünki embarqonun tətbiqi beynəlxalq ticarətin bir hissəsidir ki, bu səlahiyyət Avropa Komissiyası səviyyəsinə ötürülür”.

AzVision.az


Teqlər:





Xəbər lenti