“Nord Stream 2 AG” iflas olduğunu təsdiqləmədi

“Nord Stream 2 AG” iflas olduğunu təsdiqləmədi
  02 Mart 2022    Oxunub:1612
“Nord Stream 2” operatoru, “Nord Stream 2 AG” iflas prosedurunun başlanması ilə bağlı xəbərləri təsdiqləmir, o, yalnız işçilərlə müqavilələrin məcburi xitam verilməsi barədə İsveçrə hakimiyyətini məlumatlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“Biz KİV-də "Şimal axını 2"-nin iflas proseduruna başlaması ilə bağlı yayılan xəbərləri təsdiq etmirik. Şirkət hazırda yalnız yerli hakimiyyət orqanlarını ABŞ-ın “Nord Stream 2 AG”-yə tətbiq etdiyi sanksiyalara görə işçilərlə müqavilələrin məcburi xitamına dair məlumat verib”, - şirkətdən bildiriblər.

AzVision.az



Teqlər: NordStream2AG  





Xəbər lenti