Ukraynadan təxliyə edilən sürücülərimizin sayı 19-a çatıb

   Ukraynadan təxliyə edilən sürücülərimizin sayı 19-a çatıb
  02 Mart 2022    Oxunub:1485
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyyə edilmiş azərbaycanlı sürücülərin sayı 19-a çatıb.
Bu barədə AzVision.az -a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Məlumata görə, səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşüb. Bu saatlarda isə Odessa limanı ərazisindəki 5, Çerkassı və Vinnitsa şəhərlərindən isə 2 sürücü Moldovaya doğru istiqamət alıb. Ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Bolqarıstana çatıb. Bir sürücü isə yükü ilə bağlı Rumıniya sərhəddindədir.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti