AzTU-nun professoru koronavirusdan vəfat edib

AzTU-nun professoru  koronavirusdan vəfat edib
  02 Mart 2022    Oxunub:1534
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov koronavirusdan vəfat edib.
Bu barədə AzVision.az -a AzTU-dan məlumat verilib.

Vaqif Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti