"Mediada bəzən elə məktəblər göstərilir ki, sanki onlardan xəbərsizik” - Nazir

   "Mediada bəzən elə məktəblər göstərilir ki, sanki onlardan xəbərsizik” -    Nazir
  02 Mart 2022    Oxunub:1355
“Təhsil Nazirliyi Azərbaycanın ərazisində olan bütün məktəblərlə bağlı məlumatlıdır. Bu, belə deyil ki, hər hansı bir laqeydlik var və ya xəbərsizik. Çünki mediada bəzən bu tipli məktəblər elə göstərilir ki, sanki onlardan xəbərsizik”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yararsız vəziyyətdə olan məktəblərlə bağlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məktəblər müəyyən prioritetlik əsasında illər üzrə təmir olunur:

“Bu mənada təbii ki, şagird sayı, həmin bölgələrdə paylanması nəzərə alınır. Eyni anda bir bölgədə bütün məktəbləri deyil, heç olmasa, hər rayonda, şəhərdə 1-2, bəzən də daha çox məktəb təmir edilir. Səhv eləmirəmsə, Cəlilabad rayonunda bir neçə məktəbi təmir etmişdik, çünki orada buna ehtiyac var idi. Eyni zamanda məktəbin yerləşdiyi kənddə başqa məktəbin olub-olmaması da prinsipidir. Təbii ki, maliyyə resurslarımızın mövcudluğu da nəzərə alınır. Bu meyarlar əsasında növbəli əsasla biz məktəblərin, ya əsaslı təmirini, ya da sökülüb yenidən tikilməsini həyata keçiririk”.

AzVision.az



Teqlər: Məktəb  



Xəbər lenti