Ukraynadakı azərbaycanlılar üçün xüsusi qatar ayrılıb

   Ukraynadakı azərbaycanlılar üçün xüsusi qatar ayrılıb
  01 Mart 2022    Oxunub:1798
Sabah saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb.
Bu barədə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyindən AzVision.az -a bildirilib.

Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.

Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1-dir.

Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:

+373 781 81 361

+373 789 91 849

+373 222 32 277

AzVision.az



Teqlər:



Xəbər lenti