Ceyhun Bayramov britaniyalı həmkarı ilə Ukraynanı müzakirə etdi

   Ceyhun Bayramov britaniyalı həmkarı ilə Ukraynanı müzakirə etdi
  01 Mart 2022    Oxunub:1525
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti