Jurnalistlər Azərbaycan sülhməramlıları ilə görüşdü - FOTO

Jurnalistlər Azərbaycan sülhməramlıları ilə görüşdü - FOTO
  11 Aprel 2014    Oxunub:937
Görüş zamanı hərbi qulluqçular sülhməramlı əməliyyatlarda iştirakları barədə təəssüratlarını bölüşüblər
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə bu gün kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.

AzVision.az Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, görüş zamanı hərbi qulluqçularımız sülhməramlı əməliyyatlarda iştirakları barədə təəssüratlarını bölüşüb, Azərbaycan Respublikasının NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi sahədə verdiyi töhfədən söz açıb və televiziya kanallarına müsahibələr veriblər.



Teqlər:  





Xəbər lenti