Pay torpağı olanlar da sosial yardım ala bilər

   Pay torpağı olanlar da sosial yardım ala bilər
  01 Mart 2022    Oxunub:4135
“Əgər vətəndaşın pay torpaq mülkiyyəti varsa və qeydiyyata salınıbsa, həmin şəxs torpaq mülkiyyətini Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıbsa, onun işləməsinə ehtiyac olmur”. AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılovdur.
Onun sözlərinə görə, bu zaman o, ünvanlı sosial yardım üçün müraciət edə bilər: “Əgər vətəndaş pay torpağından istifadə etmirsə, bunu rəsmiləşdirməlidir. Həmçinin satıbsa rəsmi şəkildə alqı-satqı müqaviləsi bağlamalı, yaxud da imtina edirsə, bağışlayırsa yenə də sənədləşdirməlidir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti