Azərbaycanda 30 ildə 1 milyondan çox insan soyadını dəyişib

   Azərbaycanda 30 ildə 1 milyondan çox insan soyadını dəyişib
  01 Mart 2022    Oxunub:1965
2021-ci ildə Azərbaycanda 2346 nəfər ad, soyad və ata adının dəyişdirilməsi iıə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə müraciət edib və müsbət cavablandırılıb.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib. Onun sözlərinə görə 2011-ci ildən ümumilikdə 24 mindən çox şəxs ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı müraciət edib:

"Ötən il də isə bu rəqəm 8 min olub. Müstəqillikdən bu günə qədər isə 1 milyon 200 mindən çox insan soyad sonluğunu dəyişdirilməsi ilə bağlı müraciət edib".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti