Yeraltı keçiddə qalan tələbələrimiz başqa şəhərə köçürüldü

   Yeraltı keçiddə qalan tələbələrimiz başqa şəhərə köçürüldü
  28 Fevral 2022    Oxunub:2010
“Ukraynanın paytaxtı Kiyevdə yeraltı avtomobil dayanacağında qalan doqquz Azərbaycan vətəndaşı artıq Vinnitsaya yola düşüb”.

Bu barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı bildirib. O bildirib ki, azərbaycanlı tələbələrin təhlükəsiz çatdırılması üçün hərey edilir:
“Onlarla yanaşı başqa bir tələbə də Kiyevdən köçürülüb. Onların sağ-salamat Azərbaycana gələcəyini gözləyirik”.

Qeyd edək ki, bir neçə gün əvvəl doqquz tələbə Kiyevdə yeraltı avtomobil dayanacağında gizləndiklərini, yerlərinin soyuq olduğunu və qida ehtiyatlarının olmadığını bildirmişdilər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ukrayna   Azərbaycanlıtələbə  



Xəbər lenti