“Buta Airways” Kiyevə uçuşları ləğv edib

“Buta Airways” Kiyevə uçuşları ləğv edib
  28 Fevral 2022    Oxunub:1239
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.
Bu barədə AzVision.az -a şirkətdən bildirilib. “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

AzVision.az



Teqlər: Kiyev  





Xəbər lenti