COVID pasportu olmayan 90 nəfər şənliyə buraxılmayıb

COVID pasportu olmayan 90 nəfər şənliyə buraxılmayıb
  01 Mart 2022    Oxunub:1783
Ötən gün toylara görə 1 nəfər cərimələnib, 90 nəfər şənliyə buraxılmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, fevralın 28-də DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 112 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 111 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 90 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti