" Müharibə Rusiya iqtisadiyyatına ucuz başa gəlməyəcək" - Ekspert

   " Müharibə  Rusiya iqtisadiyyatına  ucuz başa gəlməyəcək" -    Ekspert
  28 Fevral 2022    Oxunub:1737
"Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib. Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu, rubl üçün sonuncu dayanacaq olmayacaq".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib, Onun sözlərinə görə, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq:

"Artıq, demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər.
Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər".

Deputat qeyd edib ki, müharibənin başlamasından 5 gün keçməsinə baxmayaraq, Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir.:
"Görünən odur ki, bu müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   İqtisadiyyat   Rubl  





Xəbər lenti