Neftin qiyməti yenidən 100 dollara çatır

   Neftin qiyməti yenidən 100 dollara çatır
  28 Fevral 2022    Oxunub:1257
Ukrayna və Rusiya arasında siyasi gərginliyin davam etdiyi bir zamanda dünya bazarında neftin qiyməti 5 %-dən çox artıb.
AzVision.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 5,89 % bahalaşaraq, 1 bareli 99,66 ABŞ dollarına satılıb. Daha sonra cüzi ucuzlaşaraq 99,63 ABŞ dollarına satılıb.

WTI neftinin mart fyuçerslərinin qiyməti 5,99 % artıb və 1 bareli 97,07 ABŞ dolları təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft  





Xəbər lenti