Tağı Əhmədovun xanımı: “İnşallah, yeni işə qayıdacaq“

Tağı Əhmədovun xanımı: “İnşallah, yeni işə qayıdacaq“
  10 Aprel 2014    Oxunub:1065
“İnşallah, Tağı Əhmədov yaxın günlərdə yeni işə qayıdacaq”.
Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli bildirib.

Onun sözlərinə görə, hazırda Tağı Əhmədov Azərbaycandadır. S.Əhmədli deyib: “Tağı Əhmədov heç yerə qaçmayıb. Azərbaycandadır. Kim deyir ki, o ölkədə yoxdur? Allahın köməyi ilə də işinə qayıdacaq”.

Xatırladaq ki, mətbuatda və sosial şəbəkələrdə Tağı Əhmədova qarşı artıq cinayət işi açılması və bu səbəbdən də ölkədən qaçması barədə məlumatlar yayılmaqdadır. / Publika.az


Teqlər:  





Xəbər lenti