Aİ Rusiyanın 64 əsas strukturuna qarşı sərt sanksiya tətbiq edib

   Aİ Rusiyanın    64 əsas strukturuna    qarşı sərt sanksiya tətbiq edib
  26 Fevral 2022    Oxunub:1734
Avropa İttifaqı Rusiyanın 64 əsas strukturuna qarşı sərt maliyyə və texnoloji sektor məhdudiyyətləri tətbiq edib. AzVision.az xəbər verir ki, burada Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat, habelə Avropa maliyyə bazarlarına və texnologiyalarına çıxışı məhdudlaşdırılacaq Rusiyanın hərbi-sənaye, energetika, aviasiya və maliyyə sektorları şirkətlərinin də adı var.
Aİ bu strukturların kapital bazarına, istənilən növ maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdırıb, onlara texniki yardım göstərilməsini, hərbi və ya ikili təyinatlı məhsul və texnologiyalar almağı, o cümlədən şelfdə və qütb enliklərində neft hasilatı texnologiyaları və avadanlıqları ticarətini qadağan edib.

Bundan əlavə, Aİ yüksək texnologiyalı məhsulların, xüsusən də rabitə sistemləri, elektronika, yarımkeçiricilər, aviasiya və kosmik komponentlərinin Rusiyaya tədarükünü qadağan edib və həmin malların da geniş siyahısını dərc edib.

AzVision.az


Teqlər:   Rusiya  





Xəbər lenti