Ermənistan dəmir yolları ilə bağlı Azərbaycanla sənəd imzalayacaq

   Ermənistan dəmir yolları ilə bağlı Azərbaycanla sənəd imzalayacaq
  25 Fevral 2022    Oxunub:1616
“Müharibədən sonra dünyada yeni bir Azərbaycan imici formalaşıb. Bu, qalib, eyni zamanda sülhpərvər, regiona inkişaf gətirməyə çalışan Azərbaycandır”.
AzVision.az -ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Avronest Parlament Assambleyasının (PA) İrəvanda keçirilən komitə iclaslarında iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Parlamentin komitə sədri qeyd edib ki, İrəvanda həm də Azərbaycanın bu imicini çatdırmağa çalışıblar.

T. Mirkişili deyib ki, AVRONEST Parlament Assambleyasında təmsil olunan Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə birlikdə Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri də olub:

“Maraqlı məqam odur ki, görüşdə müzakirələrin 80 faizi Ermənistan-Azərbaycan münasibətlərinə həsr olundu. Çünki ilk öncə Avropa İttifaqı-Ermənistan münasibətlərindən danışılsa da, təbii ki, avropalı deputatları, hər kəsi maraqlandıran Azərbaycan-Ermənistan münasibətləri, bundan sonra baş verəcək proseslər idi. Görüşdə Nikol Paşinanın çıxışında xeyli müsbət məqamlar gördüm, yanaşması daha praqmatik idi. Ümumiyyətlə, onun çıxışında Azərbaycanla regionda yeni səhifənin açılmasının vacibliyi vurğulandı. Bu aspektdə də ilk növbədə kommunikasiyaların açılması qeyd olundu.

Paşinyan elan etdi ki, bu yaxınlarda dəmir yolu fəaliyyətə başlayacaq, bununla bağlı yeni bir sənəd imzalamağa hazırlaşırlar. Bundan başqa, iki ölkə arasında sərhədlərin müəyyən olunması ilə bağlı danışıqların aparılacağını, gələcəkdə sülh müqaviləsi üzərində işləməyin lazım olacağını söylədi. Enyi zamanda gələcəkdə konfliktin, müharibənin olmaması iki xalq arasında münasibətlərin etimad yaradıcı mərhələyə daxil olması üçün həm özü, həm Ermənistan hökuməti tərəfindən bir baxışın olduğunu olduğunu vurğuladı”.

AzVision.az


Teqlər: Dəmryolu  





Xəbər lenti