Sənədsiz evlərin sənədləşdirilməsi gündəmdə

   Sənədsiz evlərin sənədləşdirilməsi gündəmdə
  25 Fevral 2022    Oxunub:2570
Bu gün Bakıda və Bakı ətrafında küçələrin darlığı, evlərin, binaların plansız tikilməsinin səbəbi 1990-cı illərdə ayrı-ayrı adamların, işbazların Azərbaycanda qanunlardakı boşluqdan istifadə edərək yaratmış olduğu problemlərdir. AzVision.az -ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazail Ağamalı bildirib.
Onun sözlərinə görə, Bakının Binəqədi, Sabunu və Xəzər rayonunda bələdiyyələrin qərarı, yerli icra hakimiyyətlərinin şifahi razılığı ilə çoxsaylı evlər tikilib:

"Onların kanalizasiyası yox dərəcəsindədir, işıqla, qazla təchizatlarında da kifayət qədər problemlər var. Həm də bu tikintilər indiyə qədər rəsmiləşdirilməyib. O evlərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Beş ildir ki, belə tikintilər aparılmır, çünki artıq torpaq yoxdur. O insanları həmin evlərdən köçürmək də mümkün deyil. İnsanlar o yerlərdə özlərinə yuva qurublar.

O evləri rəsmiləşdirmək lazımdır. Dəfələrlə bu məsələ qaldırılıb, Prezident tərəfindən tapşırıq verib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda, yaxud tikinti nəzərdə tutulmayan dövlət torpaqlarında artıq evlər tikilib, o evlərdən gəlin köçüb, gəlin gəlib. İndi bu evləri rəsmiləşdirmək lazımdır. Bu problemi hökmən həll etmək lazımdır".

AzVision.az





Teqlər: Parlament  



Xəbər lenti