Estoniyada Rusiya və Belarus malları satılmayacaq

   Estoniyada Rusiya və Belarus malları satılmayacaq
  25 Fevral 2022    Oxunub:1757
Estoniyanın "Coop Eesti" pərakəndə konserni digər pərakəndə satış şəbəkələrindən nümunə götürərək cümə günü Rusiya və Belarus mallarının satışını dayandırdığını elan edib.
AzVision.az xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

“Hesab edirik ki, hazırkı vəziyyətdə demokratik dünya düzəninə qarşı çıxmağa bu qədər qəddarcasına qərar vermiş ölkələrlə əməkdaşlığı davam etdirmək prinsipial olaraq qeyri-mümkündür”, - “Coop Eesti” saytının bəyanatında deyilir.

Bundan əvvəl Estoniyada fəaliyyət göstərən “Rimi” və “Maxima” beynəlxalq pərakəndə satış şəbəkələri Rusiya və Belarus istehsalı olan məhsulların ticarətini dayandırdıqlarını elan etmişdilər.

AzVision.az


Teqlər: Estoniya  





Xəbər lenti