Şəhidlər xiyabanında Xocalı abidəsi qoyulması təklif olunub

   Şəhidlər xiyabanında Xocalı abidəsi qoyulması təklif olunub
  25 Fevral 2022    Oxunub:1658
Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı abidə ucaldılması təklif edilib.
AzVision.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib. O bildirib ki, protokola əsasən, gələn qonaqlar Şəhidlər xiyabanını ziyarət edir. Belə abidənin orada olması gələnlərin daha çox məlumat almasına səbəb olar:

"Xocalı soyqırımında şəhid olanların ruhu o zaman dinclik tapacaq ki, bu qırğını törədənlər ədalət qarşısında cavab verəcək. Bu dəhşətli soyqırım modern dünyanın utancıdır. Bu həqiqətlərin dünyaya çatdırılmasında o zaman orada fəaliyyət göstərən jurnalistlərin çəkdiyi görüntülərin böyük rolu olur”.

AzVision.az



Teqlər: Xocalı  



Xəbər lenti