"Regionda peşə təhsilinin təbliği" layihəsinə start verildi

"Regionda peşə təhsilinin təbliği" layihəsinə start verildi
  24 Fevral 2022    Oxunub:293
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən "Regionda peşə təhsilinin təbliği" layihəsinə start verilib.
Layihə çərçivəsində regionda peşə təhsilinin təbliği istiqamətində seminarların təşkili, ümumtəhsil məktəblərinin pedoqoji heyəti və yuxarı sinif şagirdlərinin regiondakı Peşə təhsili müəssisələrinə infoturlarının təşkili, şagirdlərə peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə məlumatların verilməsi, uğurlu məzunlar tərəfindən peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini vermələri və uğur hekayələrini danışmalarının təşkili nəzərdə tutulub.

Layihənin məqsədi regionda peşə təhsilinin təbliğini həyata keçirmək, peşə təhsilinə marağı artırmaq, məşğulluğun artırılmasına və iqtisadiyyatımızın inkişafına töhvə verməkdir.

Layihənin reallaşması nəticəsində KİV, sosial şəbəkələr vasitəsilə cəmiyyətin bu mövzuda məlumatlandırılması, gənclər təşkilatlarının diqqəti peşə təhsilinin təbliğinə cəlb edilməsi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılması, KİV-lərin daima bu mövzunu diqqət mərkəzində saxlamalarına nail olmaq və s. təmin ediləcək.

Qeyd edək ki, layihə Qəbələ və Oğuz rayonlarında, 01.02.2022 – 01.05.2022 tarixlərində icra edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti