İlham Əliyev AZAL-a vitse-prezident təyin etdi

   İlham Əliyev AZAL-a  vitse-prezident  təyin etdi
  24 Fevral 2022    Oxunub:2776
Samir Rzayev “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yeni vitse-prezidenti təyin olunub.

AzVision.az xəbər verir ki, müvafiq Sərəncamı Prezident İlham Əliyev imzalayıb.

AZAL-ın prezidenti Cahangir Əsgərov Samir Rzayevi kollektivə təqdim edib. C. Əsgərov qeyd edib ki, S. Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.
AZAL-ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident  



Xəbər lenti