Rusiya Belarus və Krımdan hücuma başlayıb, Luqanskın kəndləri işğal edilib

   Rusiya Belarus və Krımdan hücuma başlayıb,    Luqanskın kəndləri işğal edilib
  24 Fevral 2022    Oxunub:1605
“Rusiya silahlı qüvvələri Belarus və işğal altındakı Krım yarımadasında hücuma başlayıb”.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidməti açıqlayıb. Ukrayna Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, Rusiya Ordusu Luqansk vilayətinin Qorodişe və Melovoeni kəndi ələ keçirib, Lutsk şəhərində teleqüllə partladılıb. Xmelnitski, Dnepropetrovsk, Kiyev vilayətlərində də hərbi hissə və anbarlarda partlayışlar olub, yanğın başlayıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb.

Qeyd olunub ki, Ukraynanın sərhəd xidmətləri Rusiya bölmələrinə heç bir müqavimət göstərmir. Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri məhv edilib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti