"Bakı-Sumqayıt şossesində sıxlıq gecikmələrə səbəb olur" - BNA

"Bakı-Sumqayıt şossesində sıxlıq gecikmələrə səbəb olur" -    BNA
  24 Fevral 2022    Oxunub:2081
Hazırda Bakı-Sumqayıt şossesində-Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb. O bildirib ki, sıxlıq səbəbindən həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.



Aytən Zəhra
AzVision.az



Teqlər: Sıxlıq  



Xəbər lenti