Rəisin maşını qəzaya düşdü

Rəisin maşını qəzaya düşdü
  10 Aprel 2014    Oxunub:1112
Bu gün saat 9 radələrində Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Anspress-in məlumatına görə, qəza “Meyvəli” bazarının yaxınlığında, Xocahəsən qəsəbəsi yolunda baş verib.
Belə ki, “Hyundai-Sonata” markalı avtomobil ilə “Hyundai-Tucson” markalı avtomobil toqquşub. Qəzaya uğrayan “Hyundai-Sonata” markalı, 90 AA104 dövlət nömrə nişanlı avtomobil Səbail rayon Polis İdarəsinin rəisinin xidməti avtomobili olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü Rafiq Abbasov isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti