Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb - VİDEO

   Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb -  VİDEO
  23 Fevral 2022    Oxunub:1220
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir. Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.



AzVision.az


Teqlər: Tank   Ordu  



Xəbər lenti