İmişli sakini həmyerlisini güllələdi

İmişli sakini həmyerlisini güllələdi
  23 Fevral 2022    Oxunub:971
İmişli Rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil oub.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a daxil olan məlumatda deyilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti