Zelenski ehtiyatda olan hərbçiləri orduya çağırdı

   Zelenski ehtiyatda olan hərbçiləri orduya çağırdı
  23 Fevral 2022    Oxunub:1422
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ehtiyatda olan hərbçilərinin orduya çağırıldığını elan edib.
Bu barədə AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir: "Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm", - dövlət başçısı ukraynalılara müraciətində deyib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti