“Azərsığorta” müştərilərə 1,996 milyon manat ödəyib

“Azərsığorta” müştərilərə 1,996 milyon manat ödəyib
  22 Fevral 2022    Oxunub:1196
Sığorta bazarının ən iri şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar ayı ərzində verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, 2022-ci ilin yanvar ayında şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin həcmi 1,996 milyon manata çatıb.

Qeyd edək ki, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti ödənişlərin həcminə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlüyə daxildir.

AzVision.az




Teqlər: Sığorta  





Xəbər lenti