ATƏT Rusiyanın "DXR" və "LXR"-i tanımaq qərarını pisləyib
"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda deyilir.
ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


