"Qanunvericilikdə üzrxahlıqla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır" - DİN rəsmisi

"Qanunvericilikdə üzrxahlıqla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır" -    DİN rəsmisi
  21 Fevral 2022    Oxunub:1921
Peşimançılıq-üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir. Qanunvericilikdə bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır. Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır. Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Əgər bir şəxs öz əməlini etiraf edib, səmimi peşimançılığını ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, elə şəxslər var, “peşiman deyiləm, yaxşı eləmişəm”, -deyə bildirməsi hüquqi nonsens sayılmırmı? Səhvdən, neqativ əməldən sonra peşimançılıq hissi necə olmalıdır, səhv edən insan özünü günahkar saymalıdırmı? Əlbəttə, insanların ictimai davranışlarına, tutduğu mövqeyə, dünyagörüşünə görə fərqli yanaşmaların olması anlaşılandır", - E.Hacıyev qeyd edib.


AzVision.az



Teqlər: DİN  



Xəbər lenti