Azərbaycan-Gürcüstan birgə universiteti yaradıla bilər

   Azərbaycan-Gürcüstan birgə universiteti yaradıla bilər
  21 Fevral 2022    Oxunub:1522
"Uzunmüddətli perspektivdə Azərbaycan-Gürcüstan birgə umiversitenin yaradılması, ikili diplomların verilsi məsələsi müzakirə olunur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələlər texiki müzakirələr tələb edir, veriləcək qərarlar daha düzgün olmalıdır.

Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb: "Hesab edirəm ki, bundan sonra iki ölkə arasında ali məktəblərin əməkdaşlığı ilə kadr hazırlığı prosesinə təkan veriləcək".

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir.

AzVision.az


Teqlər: Universitet  



Xəbər lenti