İlham Əliyev və Putin sabah görüşəcək - Müttəfiqlik sənədi imzalanacaq

   İlham Əliyev və Putin sabah görüşəcək -  Müttəfiqlik sənədi imzalanacaq
  21 Fevral 2022    Oxunub:2794
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd olunub ki, fevralın 22-də Prezident İlham Əliyev Rusiyada rəsmi səfərdə olacaq və həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Görüşdə siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı kompleks məsələlərin müzakirəsi planlaşdırılır.

Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran müttəfiqlik haqqında bəyannamə imzalanacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İlham-Əliyev   Vladimir-Putin  



Xəbər lenti