Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edildi

   Müdafiə Nazirliyinin sabiq idarə rəisi    həbs edildi
  21 Fevral 2022    Oxunub:2559
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb.

AzVision.az


Teqlər:



Xəbər lenti