Bakı sakinləri necə dincəlir? - SORĞU

Bakı sakinləri necə dincəlir? - SORĞU
  10 Aprel 2014    Oxunub:1120
Bakı sakinlərinin istirahət üçün daha çox hansı məkana üz tutmasını araşdırmaq məqsədilə `AzərTac` 1000 nəfər paytaxt sakini arasında sorğu keçirib. Rəyi soruşulanların 20,5 faizi, yaxud 205 nəfəri istirahət üçün daha çox teatr və digər bu kimi mədəniyyət ocaqlarına üz tutduqlarını bildirib.

Teatra üz tutan şəhər sakinlərinin əksəriyyəti Azərbaycan Dövlət Akademik Milli Dövlət Dram Teatrını (48 faiz), Dövlət Gənc Tamaşaçılar Teatrını (32 faiz) və Dövlət Rus Dram Teatrını (20 faiz) seçir.

Respondentlərin 18,9 faizi, yaxud rəyi soruşulan 189 nəfər isə istirahət obyekti kimi son illər paytaxtda sayları xeyli artan restoranlara üstünlük verir.

Bakı sakinləri “Necə istirahət etməyə, əylənməyə üstünlük verirsiniz?” sualını cavablandırarkən böyük əksəriyyət – 60,6 faiz, yaxud 606 nəfər əyləncə, istirahət məkanı kimi kinoteatrları seçib.

Əyləncənin bu növünə üstünlük verən respondentlərin arasında isə paytaxtın üç əsas kinoteatrı – “28 Cinema”, “Park Cinema” və “Nizami” Kino Mərkəzi qərarlaşıb. Kinoteatrlarda istirahəti seçən respondentlərin 77 faizi “28 Cinema”, 19 faizi “Park Cinema”, 5 faizi isə “Nizami Kino Mərkəzinə” üz tutur.


Teqlər:





Xəbər lenti