MN: "Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub"

      MN:    "Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub"
  19 Fevral 2022    Oxunub:1472
Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti