"AMEA-nın növbəti iclası apreldə keçiriləcək" - Arif Həşimov
“Bu aprel ayına təsadüf edir. İclas Akademiyanın illik hesabatına həsr olunur. Bundan əlavə əgər digər məsələlər də olarsa, gündəliyə daxil edilir. Zamanı qabaqlayamayaq, gözləyək”.
A.Həşimov bildirib ki, prezident səlahiyyətlərini icra edəcəyi dövrdə Akademiyada işlər Nizamnaməyə uyun aparılacaq:
“Birdən birə hər şeyi demək çətindir. Lakin Akdemiyada işlər necə var elə də davam etdiriləcək. İnstitutlar öz tədqiqatlarını aparırlar, o formada davam etdiriləcək. Əsas odur ki, elmi mühit olsun və işlər davam etdirilsin”.
Qeyd edək ki, Bu gün AMEA-nın Ümumi Yığıncağında Ramiz Mehdiyevin istefa barədə ərizəsi qəbul edidi. Bu vəzifənin icrası birinci vitse-prezident A.Həşimova həvalə olunub.
Aytən Zəhra
AzVision.az
Teqlər: AMEA







Vaxtında, Aydın, Lazımlı!


