Şəki sakini dostunu ehtiyatsızlıqdan öldürdü

Şəki sakini dostunu ehtiyatsızlıqdan öldürdü
  19 Fevral 2022    Oxunub:1195
Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti